Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni səlahiyyət veriləcək

img

11-02-2022 [12:08]


“İtkin düşən, yaxud ölkədən gedən və digər səbəblərdən vətəndaşların sistemdə qalan əmək müqavilələrin ləğvi ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb”.

Mia.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Sosial saat”da deyib.

Onun sözlərinə görə, bəzən sadalanan səbəblərdən bir çox işçilər başqa yerdə işə düzələ bilmirlər:

“Bizə müraciət edəndə onları məhkəməyə yönləndiririk. Təklif olunan dəyişikliklə Dövlət Əmək Müfəttişliyi Xidmətinə həmin müqavilələrin qüvvədən salınması üçün səlahiyyət veriləcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA