Vüqar Rəhimzadə: "Cənub Qaz Dəhlizinin reallaşması Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında yeni mərhələdir"
09-02-2022 [17:47]
“Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan, 2015-ci ildən ənənəvi keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantılarına hər dəfə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Bu toplantılar ölkəmizin enerji sektorunda qazandığı uğurların təqdimatı olmaqla yanaşı, müxtəlif əməkdaşlıq formatlarının müzakirəsi, perspektivlərin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir. Dünyanı cənginə almış koronavirus infeksiyası səbəbindən ötən il toplantı videokonfrans formatında keçirilsə də, bu il fevralın 4-də müvafiq şərtlər əsasında Avropa İttifaqının (Aİ) komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələri Bakıda bir araya gəldilər. Azərbaycan Prezidenti İlham Əliyev “Gülüstan” sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı dərin məzmunlu, proqram xarakterli nitqində bu beynəlxalq tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi. Dövlət başçısı nitqində bu məqamı xüsusi qeyd etdi ki, bu gün qarşılıqlı əlaqələrimizin ənənəvi formatını bərpa edirik. Belə format təkcə qarşımızda duran əhəmiyyətli məsələləri həll etmək üçün yox, eyni zamanda, ikitərəfli və çoxtərəfli təmaslar qurmaq üçün daha yaxşı imkanlar yaradır. Hər ilin fevral ayında biz ənənəvi olaraq əvvəlki ildə görülmüş işləri nəzərdən keçirir və gələcək addımlarımızı planlaşdırırıq. Məşvərət Şurasının hər bir iclası müəyyən nailiyyətlərin təqdimatı ilə yadda qalır.”
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısının ənənəvi olaraq keçirilməsinə başlandığı 2015-ci ildən bugünədək Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirdikdə dünyanın enerji xəritəsini dəyişdiyini
böyük əminliklə söyləyə bilərik: “2014-cü ildə “Əsrin müqavilə”sinin 20 illiyində Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Dövlət başçısı İlham Əliyev bu mühüm hadisəni görülən işlərin zirvəsi kimi dəyərləndirərək belə bir inamı da ifadə etmişdi ki, bütün işlər nəzərdə tutulduğu vaxtda həyata keçiriləcək.”
“Hər bir layihənin uğurlu sonluqla başa çatmasında maraqlı olan Azərbaycanın və digər iştirakçı dövlətlərin birgə səyləri nəticəsində 2018-ci ildə Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyununda Türkiyənin Əskişəhər şəhərində TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. 2019-cu ildə TANAP-ın Avropa ilə birləşən hissəsinin rəsmi açılışı oldu və bununla da onun tikintisi tamamlandı. 2020-ci il dekabrın 31-də TAP layihəsi tamamlanaraq istifadəyə verildi. Bununla da Azərbaycanın zəngin qaz ehtiyatlarının Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılmasına zəmin yaradıldı. Bu faktın özü bir daha sübut edir ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu qlobal layihələr reallığa çevrilməklə dövlətlər, xalqlar arasında körpü roluna yeni əlavələr edir, ölkəmizin regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi yerini və rolunu möhkəmləndirir”,- deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.
“Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir” söyləyən Vüqar Rəhimzadə, həmçinin vurğulayıb ki, onun dəyəri 33 milyard dollardır: “Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfələrini veriblər. Bu sırada Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının, Avropa İnvestisiya Bankının, Asiya İnfrastruktur və İnvestisiya Bankının adlarını sadalamaq olar. Bu gün Avropada əlavə qaz mənbəyinə tələbat artmaqdadır. Bu amili nəzərə alan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artırıb.”
YAP Xətai rayon təşkilatının sədri dövlət başçısı İlham Əliyevin nitqində yer alan bu məqama da diqqəti yönəldib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir: “Bu ərazilərdə bütün infrastruktur mənfur düşmən
tərəfindən dağıdılıb. Yeni qaz xətləri çəkilir. İşğaldan azad edilmiş ərazilərin qazlaşdırılması üçün əlavə həcmdə qaza ehtiyac var. 2022-ci ildən soydaşlarımızın Böyük Qayıdışı nəzərdə tutulur. Onların rahat yaşayışı üçün bütün zəruri addımların atılması, o cümlədən qazla, elektrik enerjisi ilə təminatı prioritetdir. Bu baxımdan əlavə qaza ehtiyac var. Reallıq budur ki, Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Azərbaycanın elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdədir.”
Vüqar Rəhimzadə keçilən yolun təhlili fonunda qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadə etmək məqsədilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin uğurları bugünkü reallıqlarda özünün aydın ifadəsini tapıb. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası Cənub Qaz Dəhlizi kimi unikal layihənin reallaşması sayəsində genişlənərək Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır.
YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirməni də aparıb ki, Cənub Qaz Dəhlizinin reallaşması Avropa İttifaqı- Azərbaycan əməkdaşlığında yeni mərhələ, Cənubi Qafqazda sülhün və əmin-amanlığın qorunması üçün göstərilən səylərin davamıdır: “Günümüzün reallığı budur ki, Azərbaycan tarixi Zəfərimizin reallıqlarını dünyaya qəbul etdirir. Dünya gücləri regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunmasına dəstək göstərməyə hazır olduqlarını bəyan edirlər. Ötən ilin dekabrında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşü, həmçinin bu il fevralın 4-də Fransa Prezidentinin təşəbbüsü ilə yenə də Şarl Mişelin iştirakı əsasında videoformatda üçtərəfli görüşün keçirilməsi Azərbaycan-Avropa İttifaqı əlaqələrinin hazırkı inkişaf səviyyəsinə işıq salır. Quruma üzv dövlətlərin üçdəbiri ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər və bəyannamələr imzalanıb. Avropa İttifaqı həmişə Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir, ölkəmizlə əlaqələrin inkişafına dəstək göstərir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl
Mişel Aİ-nin Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu dəfələrlə bəyan edib. Dövlət başçısı İlham Əliyev toplantıda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində şəxsən iştirak etdiyinə görə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə minnətdarlığını bildirib.”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Salyan Aqro Park”ın işçilərinin maaşı niyə ödənilmir? - FOTO
ABŞ və Rusiya savaşacaq? - Medvedev "Rusiya İran və ya İsrail deyil" dedi, Tramp iki dənizaltı nüvə gəmisini yola çıxardı
Türkiyədə təyyarə qəzaya uğrayıb
Baş Şirvan kollektorunda iki nəfər boğulub
Fələstinli fəalı öldürən israilli sərbəst buraxılıb - Cəmi 3 gün ev dustaqlığında olub
İqtisadi Şuranın növbəti iclası keçirilib - Nələr müzakirə olunub?
Putin Lukaşenko ilə görüşdə Zelenskiyə mesaj verdi - Ukrayna lideri isə "Əgər səmimisənsə, hazıram" dedi
AFFA-da mətbuat katibi dəyişikliyi - Mia.az-ın xəbəri təsdiqləndi
ANAMA: iyul ayı ərzində 7 058,9 hektar ərazi minalardan təmizlənib
İYULLA AVQUSTUN “ULDUZ”U BİR ARADA
Qəzzada ölənlərin sayı artıb
"Total” yağ brendinin Azərbaycandakı nümayəndəsi kimi söyüb? - VİDEO
Xaricdə işə düzəltmək adı ilə dələduzluq... - Vəzifəli şəxslərin işi məhkəməyə göndərildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Mərkəzi Bank kartlara məhdudiyət qoyub - İzahat
"Kapital Bank" marketlər üzrə keşbekləri dayandırdı, əvəzində isə... - Rəsmi açıqlama
"Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilmirəm, amma İsrail..." - Pezeşkianın fərqli siyasətinə söz ardı... (TƏHLİL)
Magistraturaya sənəd qəbulu uzadılıb - Avqustun 4-dək
Emin Əmrullayev Ukraynanın səfiri ilə görüşüb
TƏBİB sədri onlara yeni vəzifələr verdi - SİYAHI
Ceyhun Bayramov İsrailin yeni səfirini qəbul edib: "Azərbaycan sülh prosesinə töhfə verməyə hər zaman hazırdır"
"Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
"Qalatasaray" Osimhen ilə 4 illik müqavilə imzalayıb
DİN-dən əməliyyat: saxlanılanlar var
Fəxrəddin Manafov “Şöhrət” ordeni ilə təltif edillib - Sərəncam
Media reyestri, oxşar adlar... - Prezident qanuna yeni əlavələri təsdiqlədi (Yenilənib)
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident bu qanunlara dəyişiklik etdi + DETALLAR
"Trabzonspor" 3 oyunçu ilə yollarını ayırıb
Çağdaş Atan: "Mükəmmələ yaxın oynadıq"
Ole Qunnar Solskjaer: "İstefa verməyi fikirləşmirəm"
Emerik Obameyanq " Olimpik Marsel" ilə müqavilə imzaladı
Sabah hava necə olacaq? - Proqnoz
Arda Turan: "Beşiktaş"a uğurlar arzulayıram"
Milan Skrinyar: "Burada öz evimdə kimi hiss edirəm"
Nelson Semedo: "Mourinyo ilə çalışmaq üçün səbrsizlənirəm"
"Fənərbağça" Nelson Semedonu transfer etdiyini açıqlayıb
Milan Skrinyar "Fənərbağça" ilə müqavilə imzaladı
ŞIXILINSKİ SƏFİRLİYƏ SIĞINIB - Ailəsiylə birlikdə (MÜRACİƏT)
Şəkidə 860 hektar biçilmiş taxıl və örüş-otlaq sahəsini yandıran şəxslər saxlanıldı
İran istiqamətindən sərhədimizi pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıblar
KKKTC liderindən İsrailin adanın işğal planına qarşı açıq mesaj: "Arxamızda Türkiyə var, hər şeyi..."
Deputatın "tender şirkəti"nin sənədi itib, yoxsa...
“Azərbaycan Dəmir Yolları"nın 750 milyon dollar borcu var
Prezident İlham Əliyev Karin Keller-Sutter məktub göndərdi - MƏTN