“Fitch" “Cənub Qaz Dəhlizi”nin reytinqini təsdiqləyib

img

07-02-2022 [15:40]


“Fitch" beynəlxlaq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” QSC-nin (SGC) yüksək səviyyəli təminatsız avrobondlarının xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiqləyib.

Bu barədə agentlik məlumat yayıb.

Məlumatda həmçinin deyilir ki, verilmiş reytinq səhmdar cəmiyyətinin 2026-cı ilə qədər dövriyyədə olacaq, Azərbaycan Respublikasının tam təminatlı (BB+/Stabil) 2 milyard ABŞ dolları məbləğində avrobondlara dair dəyişməz mövqeyi əks etdirir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA