Zakir Həsənov İranın Müdafiə naziri və Baş Qərargah rəisi ilə bir arada: protokollar imzalandı - FOTOLAR
25-01-2022 [21:05]
İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Məhəmmədrza Gərayi Aştiani ilə görüşüb.
Mia.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdən əvvəl müdafiə naziri general-polkovnik Z.Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sərgi salonunda nümayiş etdirilən müxtəlif təyinatlı hərbi məhsullarla tanış olub.
Qonaqları İranda görməkdən məmnunluğunu ifadə edən general-mayor M.Gərayi Aştiani xalqlarımız arasında dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını vurğulayıb. İranlı nazir xüsusi qeyd edib ki, Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın inkişaf etməsi vacib amildir.
Öz növbəsində yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov Azərbaycan-İran əlaqələrinin böyük tarixi olduğunu və möhkəm təməllər üzərində qurulduğunu deyib. General-polkovnik Z.Həsənov İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək nazirini Azərbaycana rəsmi səfərə dəvət edib.
Görüşdə hərbi əməkdaşlığın inkişaf etməsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi arasında yaradılmış birgə işçi qrupunun fəaliyyəti, eləcə də ikitərəfli razılaşma əsasında həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib.
Azərbaycan və İran arasında hərbi, hərbi-texniki və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Sonda görüşün yekununa dair tərəflər arasında protokol imzalanıb.
***
İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə görüşüb.
Mia.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdən əvvəl rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov fəxri qarovulun önündən keçib. Şəhidlərin xatirəsi ehtiramla yad edilib, Müdafiə Nazirliyi adından əklil qoyulub.
Tərəflər əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşüblər.
Baş Qərargah rəisi qonaqları salamlayaraq son illər ərzində Azərbaycan ilə İran arasında dostluq münasibətlərinin xeyli inkişaf etdiyini və yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.
Dəvətə görə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində əldə edilən qələbədən sonra yeni yaranmış vəziyyət, eləcə də işğaldan azad edilmiş Azərbaycan ərazilərində görülən işlər barədə ətraflı məlumat verib.
Azərbaycanın və İranın dövlət başçıları arasında keçirilən görüşlərin ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verdiyini, ikitərəfli hərbi əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət etdiyini qeyd edən nazir, İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerini Azərbaycana rəsmi səfərə dəvət edib.
Görüşdə Azərbaycan ilə İran arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə müsbət əməkdaşlıq təcrübəsi üzrə əlaqələrin daha da inkişafı üçün yaxşı zəmin olduğu vurğulanıb.
Tərəflər, həmçinin hərbi, hərbi-texniki və hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar.
Sonda görüşün yekununa dair protokol imzalanıb, mətbuata birgə açıqlama verilib.
Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir - İlham Əliyev müraciət ünvanlayıb (Yenilənib)
Bakının əsas mərkəzi yolları yenidən açıldı
ABŞ-da silahlı insident: 2 nəfər ölüb, 5 yaralı var
50 yaşlı keçmiş məhkum 64 yaşlı həmkəndlisini döyə-döyə öldürüb
Türkiyədə yenə zəlzələ olub
Oğuzda əməliyyat: ər, arvad, gəlin və oğul qandallandı - FOTO
Ali Koç getdi, yeni prezident seçildi - Komanda 10 nəfər qalan rəqibə qalib gələ bilmədi
Ərdoğan ABŞ-da: "Trampla regional müzakirələr aparacağıq" - FOTO
Qəzzada qida çatışmazlığı: son 24 saatda daha 5 nəfər acından ölüb
Fələstin XİN: "Oxşar addımı ABŞ-dan da gözləyirk"
Dünyanın estetik cərrahları Bakıya toplaşır - Məşhur hipnozçu Korzay Koçak onların arasındadır (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İlin son Günəş tutulması başlayıb
ADPU-nun Şamaxı filialında “Suverenliyimiz – Gücümüz və Qürurumuzdur!” mövzusunda tədbir keçirilib
Kanada Fələstini dövlət kimi rəsmən tanıyıb
Hakim olmaq istəyənlər imtahan verdi
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyev Malta prezidentinə məktub ünvanlayıb - MƏTN
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xankəndidə Şəhər Günü münasibətilə konsert proqramı keçirilib
Goranboyda ər arvadını öldürülüb
Ruandanın prezidenti Azərbaycana niyə gəlib? - TƏHLİL
Keçmiş səfir XİN-də yüksək vəzifəyə təyinat aldı
Azərbaycan prezidenti Ruanda lideri ilə görüşüb, yeni sənədlər imzalandı, birgə bəyanat verildi - FOTOLAR (YENİLƏNİB)
Kəlbəcər şəhərinə növbəti köç olub
Ruanda Prezidenti "ASAN xidmət" mərkəzində olub
Kənan Şakirin şeirləri...
Azərbaycan və Ruanda prezidentlərinin nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTO
Yoxa çıxan məktublar, yaşayan ünsiyyət və ya rəqəmsal dünyaya açılan poçt xidmətləri...
Jurnalist Şəmistan Nəzirli vəfat edib
Prezident İlham Əliyevdən paylaşım - VİDEO
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
"Azərbaycan Dəmir Yolları"nda növbəti skandal: bütün kasssirlər vəzifədən azad edilib
Ukrayna ordusu Donetskdə 7 yaşayış məntəqəsini azad edib: "2456 RUS HƏRBÇİ ÖLDÜRÜLÜB" - Zelenski "əla, uşaqlar" dedi
Hava limanında özbaşınalıq: qolundakı 20 qramlıq qolbağa görə müəlliməni cəzalandırıblar (SƏNƏD)
Xarici İşlər Nazirliyi bəyanat yayıb
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Trampla görüşə gedir - Bu tarixdə (Açıqlama)
Qurban Qurbanovun oğlundan təzə trend və ya dəbdəbəli mərasimin görünməyən tərəfləri... - FOTOLAR
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıya gəlib