İlham İsmayıl xəstəxanaya yerləşdirildi

img

19-01-2026 [00:11]


Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl xəstəxanaya yerləşdirilib.

Mia.az Moderator.az-a istinadla xəbər verir ki, uzun müddətdir ürək-damar xəstəliyindən əziyyət çəkən ekspertin səhhətində son günlər müəyyən problemlər yaranıb.

Bu səbəbdən İlham İsmayıl bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib.

Hazırda onun müayinəsi və müalicəsi həkimlərin nəzarəti altında davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA