YENİ SƏDRDƏN YENİ TƏLƏB: yaxın qohumların işə götürülməsi bu qurumda qadağan olundu

img

04-03-2026 [23:11]


Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətində (ASCO) işçilərə yeni tələb qoyulub.

Mia.az "Unikal"a istinadla xəbər verir ki, ASCO-nun yeni sədri Əfqan Cəlilovun tapşırığına əsasən, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin tabeliyindəki müəssisələrdə yaxın qohumluğu olan iki nəfər işləyə bilməz.

Belə ki, eyni müəssisədə çalışan qohumlardan birinin işdən çıxması tələb olunur.

Məsələ ilə bağlı ASCO-dan sorğumuza cavab olaraq bildirilib ki, hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) korporativ idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir:
"Bu çərçivədə daxili prosedurlar yenidən nəzərdən keçirilir və korporativ hüquq prinsipləri daxilində maraqların toqquşması hallarının aradan qaldırılması istiqamətində əməli fəaliyyət icra olunur. Əmək münasibətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və şirkətin daxili qaydalarına uyğun olaraq tənzimlənir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Əfqan Cəlilov yanvar ayında ASCO-nun rəhbəri təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA