Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi

img

19-01-2026 [11:19]


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə yeni rəis müavini təyin edilib.

Mia.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə daxili xidmət mayoru Yaqub Daşdəmirli gətirilib.

O, bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidməti Dəstəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Yaqub Daşdəmirli bir neçə gün əvvəl təqaüdə göndərilən Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini general-mayor Aqşin Kazımovun yerinə gətirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA