“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı

img

17-01-2026 [18:01]


Aktyor Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu “Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb.

Mia.az xəbər verir ki, bu barədə kinoteatr məlumat yayıb.

Bildirilib ki, ekran işinin növbəti bölümləri bundan sonra kinoteatrda yayımlanmayacaq.

H.Rəhimov da məsələyə sosial şəbəkə hesabında münasibət bildirib:

“Serialın yayımını həm yutub, həm televiziyada dayandırmağı heç cür anlaya bilmirəm. Ümid edirəm, həm bizə, həm tamaşaçıların istəyinə hörmətlə yanaşıb, üzümüzə gələn həftə serialın yayımının bərpasına qərar verərlər. Şəxsən mən bunu səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələr işlədildiyi üçün ARB kanalı cəzalandırılıb. Audiovizual Şura kanalın yayımının müvəqqəti dayandırılacağını açıqlayıb. Bildirilib ki, qurum həmin kadrları “Media haqqında” Qanunun tələblərinə zidd sayıb. Nəticədə “ARB” kanalının yayımının 3 saatlıq dayandırılmasına qərar verilib.

“Səkkiz” serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA