Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

img

19-01-2026 [11:06]


20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Mia.az xəbər verir ki, anım tədbirinin keçiriləcəyi "20 Yanvar", eləcə də Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən "İçərişəhər" və "Elmlər Akademiyası" stansiyalarında xüsusi nəzarət tədbirləri tətbiq olunacaq. Qatarların hərəkət qrafiki dəyişdiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.

Saat 12:00-da bütün metro stansiyalarında qatarların hərəkəti dayandırılacaq və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA