Elşad Xose həbsdən buraxılıb

img

19-01-2026 [10:23]


Tanınmış reper Elşad Xose həbsdən azadlığa buraxılıb.

Mia.az News24.az-a istinadən xəbər verir ki, reper polisin müvəqqəti saxlanma yerindən sərbəst buraxılıb.

Qeyd edək ki, 47 yaşlı sənətçi bir neçə gün əvvəl Yasamal rayonunda xuliqanlıq hərəkətlərinə görə saxlanılmışdı. Yasamal məhkəməsi ona 15 sutkalıq həbs vermişdi.

Repçi qərardan apelyasiya şikayəti verərək tanınmış şəxs olduğunu və xəstəlikdən müalicə olunduğunu bildirərək sərbəst buraxılmasını tələb etmişdi. Lakin Apelyasiya Məhkəməsi 15 sutkalıq həbs qərarını qüvvədə saxlamışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA