Daha 7 sahibkar cərimələndi - SİYAHI

img

24-01-2022 [18:18]


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 23-də ölkə üzrə 422 ictimai iaşə obyektində 747 monitorinq keçirib.

AQTA-dan Mia.az-a verilən məlumata görə, monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb:

1. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, ev 709K ünvanında yerləşən, hüquqi şəxs “Arzu-A” MMC-yə məxsus restoran;

2. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S. S. Axundov küç., ev 13D ünvanında yerləşən, fiziki şəxs Tahirov Mehdi Məmməd oğluna məxsus kafe;

3. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küç., ev 15A ünvanında yerləşən, hüquqi şəxs “Köşebaşı” MMC-yə məxsus “Köşebaşı” restoranı;

4. Bakı şəhəri, Nərimanov rayonu, F. Xoyski pr., ev 830-835 ünvanında yerləşən, hüquqi şəxs “Emsa Food” MMC-yə məxsus “Dine Hall Burger” restoranı;

5. Bakı şəhəri, Nizami rayonu, R. Rüstəmov küçəsi 36 ünvanında yerləşən, fiziki şəxs Baxşəliyev Zakir Kamil oğluna məxsus kafe;

6. Bakı şəhəri, Səbail rayonu, Xəqani küç., ev 42 ünvanında yerləşən, fiziki şəxs Səttarov Aslan Aslan oğluna məxsus çay evi;

7. Şirvan şəhəri, N. Nərimanov küçəsində yerləşən, fiziki şəxs Həziyev Sərhəd Ədinə oğluna məxsus restoran.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA