“Topaz” mərc oyunu deyilsə, nədir?
18-01-2022 [15:37]
Bir müddət əvvəl Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edərək, idman və mərc oyunları ilə bağlı müəyyən qadağalar tətbiq etdi.
Dəyişikliyə əsasən, qumar oyunlarının və belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin "Bədən tərbiyəsi və idman haqqında" və "Lotereyalar haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.
Qeyd edək ki, qumar oyunları dedikdə lotereya təşkilatçısı tərəfindən "Lotereyalar haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən lotereyalar (o cümlədən stimullaşdırıcı lotereyalar) və idman mərc oyunları operatoru tərəfindən "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən idman mərc oyunları istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində təşkil edilən və ya keçirilən qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan uduşların, mükafatların və ya digər gəlirin verilməsini nəzərdə tutan lotereya, idman mərc oyunları və digər mərc oyunları qumar oyunu hesab edilir.
Dəyişikliyə görə, kifayət qədər böyük məbləğdə cərimələr müəyyən edilib. Qeyd edək ki, Azərbaycanda qumarxana-kazino biznesi 1998-ci ildən rəsmi şəkildə qadağan olunub. Bu barədə mərhum prezident Heydər Əliyev 1998-ci il yanvarın 27-də Sərəncam imzalayıb.
İndi keçək əsas mətləbə: “Topaz” mərc oyunu deyilsə, nədir?
El arasında "Cavid Qurbanovun kazino"su hesab edilən bu oyunun Bakının hər yerində məntəqələri var.
Əgər mərc oyunları qadağan edilirsə, “Topaz” niyə qalır?
Yoxsa ölkədə mərc oyunlarını da monopoliya altına aldılar?
Bizim deputatlar isə Milli Məclisdə ancaq bir-birinə faydası olan və xalqın zərərinə olan qanunları qəbul etmək üçün oturub. Ölkə üzrə çox az ərazi olar ki, seçici deputatını tanısın. Və az ərazi olar ki, deputat seçicinin bir işinə yarasın.
Çıxıb etiraz edəndə - “sizi biz seçməmişik” deyəndə isə, xüsusi qrup var ki, danışanların ağzını yummağa çalışır. Deputatların mərc oyunları ilə bağlı qanuna edilən dəyişikliklərə səs verib qəbul etməsinin səbəbini soruşsan, bəlkə də, “Cavid Qurbanovun xətri qalmasın” deyərlər.
Axı, millət kimdir ki? Kimin diqqət mərkəzindədir ki?
Biz demirik ki, bu qanun nahaq yerə qəbul edilib. Biz deyirik ki, qanun niyə hamıya şamil edilmir?
Məsələn, niyə “Topaz”-ın rəsmi şəkildə bağlanması haqqında açıqlamanı görmürük?
Demək, məqsəd odur ki, ölkədə olan yerli və əcnəbi mərc oyunları aradan çıxısn və tək olaraq Cavid müəllimin biznesi qalsın. Və bu günə kimi də kim digər mərc oyunlarına pul qoyubsa, yeganə bir hədəfə yönəlsin. Gəlir ancaq Cavid Qurbanovun cibinə axsın.
Əcnəbi mərc oyunlarının KİV-də reklamına da qadağa qoyub, hələ üstəlik, bunun üçün də cərimə tətbiq ediblər. Artıq Cavid Qurbanovun monopoliya arzusu, onlarla KİV-in də cibinə girib. İndi isə, gələk bu qanuna edilən dəyişikliyə.
Yadınızdadırsa, ötən il “Topaz”-ın bazarının öldüyü və Cavid Qurbanovun bu biznesdən əl çəkəcəyi deyilirdi. Bu qanuna edilən dəyişiklik də adıçəkilən mərc oyununun bazarda tək və rəqibsiz olması üçün yeganə çıxış yolu idi. “Topaz” səhmlərinə kifayət qədər vəsait xərcləyən Qurbanov görünür ki, bu biznesin möhkəmlənməsi üçün Milli Məclisə sifariş göndərib. Yəni qəbul edilən dəyişiklik vətəndaşların rifahını qorumaq üçün deyil, məhz Qurbanovun rəqibsiz biznesi üçün rəqabətsiz mühiti təşkil etmək üçündür. Hamı bilir ki, xarici mərc kontorları "Topaz"-la müqayisədə qat-qat yaxşı şərtlər təklif edirlər. "Topaz"-la oynayıb müflis olma ehtimalı daha çoxdur, nəinki hansısa xarici mərc kontoru ilə. Daha yaxşısını bağlayıb daha pisini saxlamaq hansı formada xalqa qayğı sayılır? Hamısını bağlasaydılar, o halda başa düşmək olardı...
Mərhum Gənclər və İdman naziri Azad Rəhimov Milli Məclisdə "Topaz" idman mərc oyunu operatorunun fəaliyyətinin dayandırılmasının vacibliyi barədə səslənən təklifə münasibət bildirmişdi. O, qeyd etmişdi ki, deputatlar belə bir qərarı qəbul edəcəkləri halda, onu dəstəkləyəcək. Nə qədər acınacaqlı olsa da, bizi işə yaramaz, mandatı öz xüsusi məqsədləri üçün istifadə edən və millətdən xəbəri olmayan “millət vəkilləri” bu oyunun bazarda monopoliyası üçün əllərindən gələni etdilər.
O gün də oxuyuram ki, "seçiciləri" Oqtay Əsədovu axtarır, tapa bilmir. Deputatxananın aparat rəhbəri Səfa Mirzəyev də deyir ki, seçicilər şikayətlərini jurnalistlərə deyil, ona çatdırmalıdır.
Eh, ay millətim, siz düşünürsünüz ki, Oqtay Əsədov özü hansı dairədən seçildiyini bilir?
Nə isə... Onsuz da, danışmaqla sizə bir şey olan deyil, uzun illər sizi heç kim yerinizdən tərpədə bilməyib. Amma millət artıq niyə sizin deputatxanada oturduğunuzu bilir. Seçkilər gəlsin, yenə qapı-qapı düşüb camaatın əl-ayağını öpəcəksiniz. O günə də çox qalmayıb.
Bizimyol.info
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq