"Barselona"nın müvəqqəti baş məşqçisi bəlli olub

img

28-10-2021 [16:02]


İspaniyanın "Barselona" klubunda əsas komandanın müvəqqəti baş məşqçisi bəlli olub.

Məlumata görə, əvəzedici heyətə rəhbərlik edən Serxi Barxuan yeni təyinat gerçəkləşənədək əsas komandanın sükanı arxasında olacaq.

Qeyd edək ki, sabiq baş məşqçi Ronald Kuman "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduqları XI tur oyunundan sonra istefa verib. Qətərin "Əl Sədd" klubunda işləyən Xavi Ernandesin İspaniya nəhənginə baş məşqçi təyin olunacağı gözlənilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA