Ramiz Mehdiyev bu instituta direktor təyin etdi - FOTO

img

28-10-2021 [18:00]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna yeni direktor təyin olunub.

Məlumata görə, bu vəzifəyə tanınmış naşir, filologiya elmləri doktoru, professor Nadir Məmmədli təyinat alıb.

N.Məmmədli yeni təyinatı ilə bağlı xəbəri "Report"a təsdiqləyib.

Qeyd edək ki, Məmmədli Nadir Baloğlan oğlu 1959-cu ilin sentyabrın 19-da anadan olub.

O, 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini, 1988-ci ildə isə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki xarici dillər iki illik fars dili şöbəsini bitirib.

N.Məmmədli əvvəllər də, yəni 1985-1992-ci illərdə Dilçilik İnstitutunda çalışıb. 1992-ci ildən isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında müəllim və dosent vəzifəsində işləyib. O, 4-ü dərs vəsaiti olmaqla 17 kitabın kitabın müəllifidir.

N.Məmmədli Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

O, "Nurlan" və "Elm və təhsil" nəşriyyatlarının təsisiçisidir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA