MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)

img

27-01-2026 [11:05]


“Qonşu binadan dünən gecə 35 yaşlı bir kişi özünü ataraq öldürüb. Özünə qəsd etməzdən əvvəl isə həyat yoldaşını bıçaqlayıb”.

Mia.az xəbər veir ki, bu barədə məşhur müğənni Nura Suri sosial media səhifəsində yazıb: "Qonşu binadan dünən gecə 35 yaşlı bir kişi özünü ataraq öldürüb. Özünə qəsd etməzdən əvvəl isə həyat yoldaşını bıçaqlayıb".

***

“Qafqazinfo”nun məlumatına görə, hadisə Ağ Şəhərdəki binalardan birində baş verib.

34 yaşlı Emil Əliyev qısqanclıq zəminində həyat yoldaşına bıçaq xəsarəti yetirib. Daha sonra özünü binadan ataraq həyatına son qoyub.

Qeyd edək ki, E. Əliyevin atası Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevdir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

***

Baş Prokurorluq yanvarın 25-də Xətai rayonunda törədilmiş cinayət hadisəsi ilə bağlı məlumat yayıb.

Mia.az prokurorluğun Mətbuat xidmətinə istinadla xəbər verir ki, Emin Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, hadisə Ağ Şəhərdəki binalardan birində baş verib. E.Əlizadə Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA