Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb

img

27-01-2026 [10:50]


Bu il yanvarın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 156,4 milyon ABŞ dolları təşkil edib.

Mia.az xəbər verir ki, bunun 86,5 %-i və yaxud 73 milyard 641,5 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 13,5 %-i və yaxud 11 milyard 514,9 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin IV rübündə ölkənin valyuta ehtiyatları 3 milyard 684,2 milyon ABŞ dolları və yaxud 4,5 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 3 milyard 479,8 milyon ABŞ dolları və yaxud 5 %, AMB-nin valyuta ehtiyatlarında isə 204,4 milyon ABŞ dolları və yaxud 1,8 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 14 milyard 165,5 milyon ABŞ dolları və yaxud 20 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 13 milyard 610,1 milyon ABŞ dolları və yaxud 22,7 % artım, AMB-nin valyuta ehtiyatları isə 555,4 milyon ABŞ dolları və yaxud 5,1 % artım nümayiş etdirib(Report(.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA