Nazirin oğlu Bakda 3 405 kv.metrlik obyekt tikdirdi - Böyük İpək yolunda...

img

27-01-2026 [15:20]


Fövqəladə Hallar Nazirliyi (FHN) Heydərov Nicat Kəmaləddin oğlunun sifarişi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Böyük İpək yolu küçəsi, giriş 72 ünvanında inşa olunan obyektin istismarına icazə verib.

Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, ümumi sahəsi 3 405 kvadratmetr olan obyekt 2 mərtəbəli (mansardalı) binadan ibarətdir.

Qeyd edək ki, FHN inzibati binaya 15 yanvar 2026-cı il tarixli 10946 nömrəli istismara hazırlıq rəyi verib.

Məlumat üçün bildirək ki, 2 mərtəbəli obyektin sifarişçisi olan Nicat Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kiçik oğludur.

Nicat Heydərov özünün sosial şəbəkə hesabında bildirib ki, o “Gilan Holdinq” şirkətinin rəhbəridir.
Onu da bildirək ki, FHN ötən ilin iyun ayında da Nicat Heydərovun Qəbələ şəhəri, Heydər Əliyev prospektində inşa olunan obyektinin istismarına icazə verib.

Bundan başqa, ötən ilin may ayında FHN Kəmaləddin Heydərovun böyük oğlu Tale Heydərovun sifarişi əsasında Qəbələ rayonu, Qəbələ-İsmayıllı yolunun 1,8 kilometrliyində inşa olunan obyektin də istismarına icazə verib. Tale Heydərov isə özünün sosial şəbəkə hesabında bildirib ki, o hazırda “Avropa Azərbaycan Məktəbinin”, “TEAS Nəşriyyat Evinin” və “Libraff” kitab mağazalarının sahibidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA