İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"

img

27-01-2026 [15:33]


"İran hər zaman münaqişə zonalarındakı problemləri dialoqla həllinə çalışır. Biz regional sabitliyə üstünlük veririk, lakin eyni zamanda, digər variantları da masamızda hazır vəziyyətdə saxlayırıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı İran hökumətinin sözçüsü Fatma Mohacerani verib.

O jurnalistlərə açıqlamasında bildirib ki, xarici mətbuatda İrana qarşı müharibə təsəvvürü yaradılıb: "Bununla da İran xalqı arasında narahatlıq formalaşdırmağa çalşırlar. Əlbəttə, müharibə təhlükəsi şəraitində müharibə təbillərinin səsini eşidə bilərik. Ancaq bu, bizim belə təhlükə ilə ilk dəfə qarşılaşdığımız hadisə deyil. Əvvəllər çoxmərhələli müharibədə olduğumuzun fərqində olmalıyıq. Düzdür, prioritetimiz problemləri diplomatiya yolu ilə həll etməkdir. Bununla belə, digər variantlar da gündəmimizdədir. Əmin olun, biz müharibəyə tam hazırıq."

İrandakı etirazlarda öldürülənlər barədə suala gəldikdə isə o, deyib: “Prezidentin dediyi kimi, həyatını itirən hər kəs üçün yas tuturuq. İnanırıq ki, xalqla dialoq yolu ilə bu prosesdən çıxacağıq. Hökuməti etirazlara fərqli yanaşır. Dinc nümayişlərin liderləri ilə görüşlər keçirilir..."

Mühaceri həmçinin bildirib ki, etirazlar və zorakılıq aktları ilə bağlı araşdırmalar davam edir və bu məsələ ilə bağlı hesabatlar yaxın günlərdə dərc olunacaq.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA