Qızıl Xaç Komitəsi: "Hazırda Ermənistanda saxlanılan Azərbaycan vətəndaşı yoxdur" 

img

13-10-2021 [11:00]


"Beynəlxalq Qızıl Xaç Komitəsi bu ilin yanvar-iyun ayları ərzində 14 məktub xarici ölkələrdə qalmış şəxslərə və onların Azərbaycandakı qohumlarına verilib".

Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

BQXK rəsmisi bildirib ki, itkin düşən şəxslərin ailələrindən daxil olan məlumatlar əsasında axtarış sorğuları toplanılıb, işlənilib və aidiyyəti qurumlarla bölüşülüb.

O həmçinin əlavə edib ki, hazırda qurum tərəfindən Ermənistanda baş çəkiləcək heç bir şəxs yoxdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA