Azərbaycanda daha 1009 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

img

06-10-2021 [18:33]


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1009 yeni yoluxma faktı qeydə alınıb, 1378 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 488 213 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 468 421 nəfər müalicə olunaraq sağalıb, 6611 nəfər vəfat edib, aktiv xəstə sayı 13 181 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9828, ötən müddət ərzində isə ümumilikdə 4 912 156 test aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA