Fransızlar yenə də sərhədimizi pozdular: nə edək? - Açıqlamalar
25-09-2021 [21:43]
Çağırılmamış fransız qonaqların daha bir partiyası bu günlərdə Laçın dəhlizindən keçərək Xankəndində olub. Separatçılara ürək-dirək verib.
Belə ki, bu dəfə “L’uvre d’Orient” hüquq-müdafiə təşkilatının üzvləri sərhədimizi qanunsuz şəkildə pozublar. Sanki bizim acığımıza, az qala hər həftə Qarabağa belə qanunsuz səfərlər reallaşdırırlar. Xüsusən də Fransadan gələnlər çoxluq təşkil edirlər. Təbii ki, burada Rusiya antisülhməramlılarının “dobrosu”nun olması da əsas rol oynayır.
Bəs bunun bir sonu olacaqmı?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov məsələ ilə bağlı bildirdi ki, həmin yerdə beynəlxalq hüquqa uyğun vəziyyət yaranıb: “ Orada sülhməramlılar təhlükəsizlik funksiyalarını yerinə yetirirlər, post patrul xidməti, müşahidə və s. Amma heç yerdə yoxdur ki, sərhəd funksiyalarını öz üzərlərinə götürsünlər. Qanunda nəzərdə tutulanlardan çıxış edilir. Burada iqtisadi maraqların qorunması, yəni gömrük nəzərdə tutulur. Təhlükəsizliyi təmin edən əməliyyatları sülhməramlılar aparır. Amma belə məsələlərə Azərbaycan nəzarət etməlidir.
Tofiq Zülfüqarov: “Bu məsələni qısa bir müddətdə həll etməliyik”
Bu, onun suveren hüquqlarından biridir. Hesab edirəm ki, çoxdan bu məsələni həll etmək lazım idi. Qayda-qanunla bizə müraciət olunmalıdır, ondan sonra biz səni buraxacağıq ya yox, onda məlum olacaq. Yəni xarici vətəndaş Azərbaycan ərazisinə daxil olması bəllidir ki, hansı qanunlarla baş tutur. Bu məsələlərə biz baxaq, təhlükəsizlik məsələlərinə də siz baxın. Dünyanın hansı yerində görünüb ki, hərbçi gedib bir ölkənin sərhədində qanunlar həyata keçirsin? Belə bir təcrübə ümumiyyətlə yoxdur. Bu məsələni qısa bir müddətdə həll etmək lazımdır. Belə səfərlərin qarşısını almağımız üçün orada postlar yerləşdirilməlidir. Sərhədə giriş-çıxış funksiyaları yerinə yetirilməlidir. Dünya təcrübəsi var. Azərbaycan tərəfi doğru olanı etməlidir. Qanunla danışmaq lazımdır. Postu qurursan, gələnin kim olduğunu soruşursan, pasportuna baxırsan, vizasının olub-olmadığını yoxlayırsan, sonra da ”vizan yoxdur, rədd ol" deyirsən çıxıb gedir. Bunun forması budur".
Akif Nağı: “Azərbaycan "qara siyahı" ilə kifayətlənməməlidir"
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Fransa tərəfin davranışlarını gözlənilən sayır: “Fransa ənənəvi ermənipərəst mövqedədir. Onlardan başqa bir hərəkət gözləməyinə dəyməz. Amma Fransa dövlət olaraq müharibə vaxtı və ondan sonrakı aqressiv mövqeyindən xeyli geri çəkilib , Azərbaycanla münasibəti yaxşılaşdırmağa çalışır. İndi qeyri-rəsmi qurumlar vasitəsilə ermənilərə dəstək verir. Amma onlara bu dəstəyinin elə bir ciddi əhəmiyyəti yoxdur. Daha ”qorxma yanındayıq" təsəllisindən o tərəfə keçmir . Ermənilər hər şanslarını itiriblər, bunu başa düşmək istəmir, bu cür xırda məsələlərlə özlərini ovundururlar. Fransa kimi ölkələrdən bəziləri onlara yazığı gəldiyinə görə, digərləri erməni diasporasının pulunu yemək məqsədilə, başqa biriləri bu bədbəxtləri ələ salmaq üçün bu cür təşəbbüslər edirlər. Bu bədbəxtlər bizim Məşədi İbadın gününə düşüblər. Pul hərisləri hərəsi bir yerdən qalxır ki, “5 manat” ver gəlim sizə baş çəkim, ya qəzetimdə Azərbaycanı biabır edim və sair. Bir azdan digər ölkələrdən də Baronessa Koks kimi dələduzlar yenidən ortaya girəcək, bunlara təsəlli verməyə gələcəklər. Görünür hələ səfərlərinin müqabilində alalcaqları “qonorar”la bağlı razılığa gələ bilməyiblər. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən, Azərbaycan qətiyyən arxayınlaşmamalıdır. Bu hərəkətlər Azərbaycan dövlətinə qarşı cinayətdir. Cinayətə görə məsul tərəflər cəzasını almalıdır. Azərbaycan ərizilərinə qanunsuz səfər etmiş şəxslərlə başlı “qara siyahı” ilə kifayətlənmək olmaz, onların barəsində cinayət işi açılmalı və beynəlxalq axtarışa verilməlidir. Onların vətəndaşı olduğu ölkənin Azərbaycandakı səfiri XİN-ə dəvət olunmalı, cavab tələb edilməlidir. Eyni zamanda, onların qanunsuz səfərlərinə şərait yaradan Rusiya sülhməramlılarının regiondan çıxarılması məsələsi gündəmə gətirilməlidir. Bu istiqamətdə digər sərt tədbirlər görülməlidir. Necə deyərlər, “ölünü özbaşına qoymaq olmaz”.
Niyaməddin Orduxanlı: “Fransanın qanunsuz addımlarının qarşılığı veriləcək”
BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı bu cür hərəkətlərin qarşısının mütləq alınacağını söylədi: “Fransa dövləti bütün beynəlxalq normaları pozaraq, hətta ayaqlar altına ataraq açıq şəkildə separatçı erməniləri dəstəklədiyini bəyan edir. Separatçılığa stimul verən ölkə Fransa BMT hüquqi aktlarını pozur. Hətta özünün səs verdiyi Ermənistanla bağlı qətnamələrinin əleyhinə fəaliyyət göstərir. Dəfələrlə Fransa rəsmiləri qeyri-qanuni Qarabağa və Xankəndinə səfərlər edirlər. Quldur dəstəsinin başçısı Araikə dəstəklərini nümayiş etdirirlər. Çox təəssüf ki, belə bir ölkə hələ də ATƏT-in Minsk Qrupunda fəaliyyətini davam etdirir. Bu gün Azərbaycan xalqı Fransaya ermənilərin himayəçisi, dəstəkçisi, separatizmi dəstəkləyən ölkə kimi baxır. Fransaya heç bir inam yoxdur. Bu şəxslərin hər biri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə davranmaq lazımdır. Hər birini ”arzuolunmaz" şəxs elan edib, bir daha Azərbaycana buraxmamalıdılar. Həmçinin də bu şəxslər haqqında beynəlxalq təşkilatlara müraciət edib, hər bir haqqında cinayət işi açılmalıdır. XİN Fransaya nota verməlidir və onlar görməlidir ki, Azərbaycan Fransanın qanunsuz addımlarının qarşılığını verəcək. Qarabağa belə qanunsuz səfərlərinin reallaşdırılmasının qarşısı qətiyyətlə alınmalıdır. Ancaq bir məqam da var ki, bütün bu qanunsuzluqlar Laçında olan Rusiya sülhməramlılarının “dobrosu” ilə baş verir. Bu məsələdə Rusiya sülhməramlı qüvvələrinin də məsuliyyəti var. Rusiy 10 noyabr bəyannaməsinin prinsiplərinə düzgün əməl edilməlidir. Əks halda Azərbaycanın çox ciddi etirazı ilə qarşılaşacaqlar".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı
Agentlik büdcənin "ağzı"nı taybatay açıb - Türkiyədən jurnalist və blogerlərin ölkəmizə səfəri üçün 754 min manat xərclənəcək
Deputat: “Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”
Axtarışda olan iki azərbaycanlı Gürcüstandan ekstradisiya olunub