Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO

img

23-01-2026 [12:05]


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov özünə yeni köməkçi təyin edib.

Mia.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı sədr Ramin Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Abbasəli Bayramov sədrin köməkçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Bayramov 1993-cü ildə Bakı şəhərində anadan olub. O, Ramin Məmmədovun Milli Məclisin deputatı olduğu dövrdə 2022-2024-cü illərdə köməkçisi işləyib.

2024-cü ildən isə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA