Azərbaycan millisinin Belarusla oyunu təxirə salındı - Koronavirusa kütləvi yoluxma ilə bağlı

img

22-09-2021 [19:03]


17 yaşadək futbolçulardan Azərbaycan millisinin Belarusun müvafiq yığması ilə keçirməli olduğu yoldaşlıq oyunları ləğv edilib.

Mia.az AFFA-ya istinadla xəbər verir ki, buna Bakıya səfər ərəfəsində rəqib komandanın heyətində bir neçə futbolçunun COVID-19 testinin pozitiv çıxması səbəb olub.

Qeyd edək ki, matçlar 24 və 27 sentyabrda gerçəkləşməli idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR