"Qarabağ"ın zədəli futbolçusu əməliyyat olunacaq

img

22-09-2021 [13:11]


"Qarabağ"ın zədəli futbolçusu Xayme Romero bu həftə əməliyyat olunacaq.

Bu barədə a Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, hazırda ölkəsində olan ispaniyalı yarımmüdafiəçinin əməliyyatı Barselonada baş tutacaq. 31 yaşlı vinger bəzi müayinələrdən keçdikdən sonra cərrahi müdaxilənin dəqiq vaxtı bəlli olacaq.

Abbaszadə bildirib ki, əməliyyat bu gün və ya sabaha nəzərdə tutulub.

Qeyd edək ki, Bakıda İsveçrə "Bazel"inə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk tur oyununda (0:0) zədələnmiş Xayme Romero ən azı 5-6 ay yaşıl meydanlardan kənarda qalacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA