Zelenskinin birinci müşavirinə 12 güllə atıldı, sürücüsü 3 güllə ilə ağır yaralandı - Ukraynada şok olay

img

22-09-2021 [12:53]


Ukrayna Prezidenti Volodimir Zelenskinin birinci müşaviri Sergey Şefirə sui-qəsd olub.

Məlumatı “ukranews” yayıb.

“Sergey Şefirə atəş açılıb. Onun sürücüsünə 3 güllə dəyib. Hazırda yaralı sürücü ağır vəziyyətdə reanimasiyadadır. Sergey Şefir sağdır və yaralanmayıb”, - məlumatda bildirilib.

UNN-in məlumatına görə, S.Şefirin avtomobilinə 12 güllə dəyib. Hadisə Kiyev vilayətində törədilib.

Prezidentin müşavirinə hücum edənlərin tutulması istiqamətində axtarış-əməliyyat tədbirləri keçirilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA