Gəncədə hərbi qulluqçuların təntənəli yürüşü - VİDEO

img

15-09-2021 [15:38]


Gəncə şəhərində hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların təntənəli yürüşü başlayıb.

Məlumata görə, Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Gəncənin mərkəzi küçəsində (Heydər Əliyev meydanı) "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü keçirilir.

Tədbirdə ictimaiyyət nümayəndələri, rəsmi şəxslər və şəhər sakinləri iştirak edirlər.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA