Bakıda keçirilən yürüşlərdən biri başa çatıb - VİDEO

img

15-09-2021 [11:49]


Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda keçirilən yürüşlərdən biri başa çatıb.

Mia.az Report-a istinadla xəbər verir ki, ikinci marşrut üzrə yürüş Səməd Vurğun bağından başlayıb, Azadlıq meydanında başa çatıb.

Yürüşdə hərbi orkestrin müşayiəti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyəti iştirak edib.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA