UEFA Gənclər Liqası: "Qəbələ"nin oyunlarının vaxtı dəqiqləşdi

img

09-09-2021 [14:56]


“Qəbələ”nin UEFA Gənclər Liqasında 2021/22 mövsümünün I mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib.

Mia.az Report-a istinadla xəbər verir ki, U-19 komandamız Niderland “Alkmaar”ı ilə qarşılaşacaq.

Sentyabrın 29-dakı ilk görüş Qəbələ şəhər stadionunda baş tutacaq. Matç saat 17:00-da başlayacaq.

Cavab qarşılaşması oktyabrın 19-da təşkil olunacaq. Matç “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Xatırladaq ki, bu cütün qalibinin növbəti rəqibi “Şikszereda” (Rumıniya) – “Anje” (Fransa) matçında müəyyənləşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA