Beynəlxalq dərəcəli idman ustası Nağı Quliyev vəfat edib

img

09-09-2021 [13:18]


Azərbaycanın veteran sərbəst güləşçisi, beynəlxalq dərəcəli idman ustası Nağı Quliyev vəfat edib.

Güləş federasiyasından Mia.az-a verilən məlumata görə, 73 yaşında dünyasını dəyişən Quliyev 1995 - 1998-ci illərdə MOİK-in rəisi vəzifəsində çalışıb.

O, dəfələrlə SSRİ çempionatının mükafatçısı, müxtəlif beynəlxalq turnirlərin medalçısı və Avropa çempionu olub.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR