Azərbaycan idmançıları daha 2 medal qazandı

img

07-09-2021 [21:21]


Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha 2 medal yazılıb.

Məlumata görə, medallara tayboksçular sahib çıxıb.

Əli Əliyev 60 kq, Məhər Əsədzadə isə 63,5 kq çəki dərəcələrində fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.

Daha bir tayboksçu, 67 kq çəkidə yer alan Rəvan Ağazadə isə finala yüksəlib. O, yarımfinalda Özbəkistan təmsilçisi Rəhimjon Boltaboyevə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl qadınların mübarizəsində Leyana Sayer (51 kq) da həlledici qarşılaşmada iştirak hüququna yiyələnib. Həm Ağazadə, həm də Sayer final görüşünü sentyabrın 8-də keçirəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR