Azərbaycanın 3 samboçusu erməni rəqiblərini məğlub edib

img

07-09-2021 [13:20]


Azərbaycanın üç samboçusu Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Ermənistan təmsilçisini məğlub edib.

Mia.az Report-a istinadla xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan Nicat Məmmədli 1/4 finalda Vadim Petruçiki (Belarus) daha sonra David Ovsepyanı (Ermənistan) məğlubiyyətə uğradıb.

98 kq-da yarışan Rəsul Aydəmirov ardıcıl olaraq Alımbek Adil Uuludan (Qırğızıstan) və Norik Xurşudyandan (Ermənistan) güclü olub.

Elvin Bağırov (64 kq) isə yarımfinalda Aram Ağacanyana (Ermənistan) qalib gəlib.

Beləliklə, Məmmədli, Aydəmirov və Bağırov finala vəsiqə qazanıb və ən azı gümüş medalı təmin edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA