Canni De Byazi Bakıda Portuqaliya qarşı keçriləcək  oyundan danışdı: "Bu sualın cavabı çox asandır"

img

06-09-2021 [19:05]


"Maksim Medvedev və Anton Krivotsyuk oynamayacaq. Düşünürəm ki, sabah meydana Dublindəki heyətə yaxın "11-lik" çıxacaq".

Bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Portuqaliyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

İtaliya mütəxəssis bildirib ki, ümid sonda ölür: "Amma biz daha çox faktlara fikir verməliyik. FIFA reytinqində 47-ci yerdə gedən komandaya qarşı yaxşı oynadıq. Baxımlı oyun göstərdik. İntensivliyi 90 dəqiqə qorumalıyıq".

65 yaşlı baş məşqçi son iki matçda meydana fərqli start heyəti buraxmasının səbəbini açıqlayıb: "Bu sualın cavabı çox asandır. Avqustun 25-dən məşq edirdik. Ayın 30-da ölkə xaricində oynayan futbolçular bizə qoşuldu. Onları ikinci hissəyə saxlamışdıq. Fikrimcə, Lüksemburqa qarşı ilk hissədə pis oynasaq da, ikinci yarıda oyunumuzu tapdıq. Heç-heçə edə bilərdik".

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA