"Neftçi"nin futbolçusu hərbi çeviriləşə görə ölkəni tərk edə bilmir

img

06-09-2021 [11:09]


"Neftçi"nin futbolçusu Mamadu Kanenin Qvineyadakı hərbi çeviriləşə görə ölkəni tərk edə bilmir.

Məlumata görə, 24 yaşlı yarımmüdafiəçi hazırda Mərakeş yığması ilə DÇ-2022-nin seçmə oyununa görə ölkəsindədir.

Bu gün keçirilməli olan Qvineya - Mərakeş görüşü FIFA-nın qərarı ilə təxirə salınıb. Bir həftə ərzində ölkəyə bütün giriş-çıxışlar dayandırılıb.

"Neftçi"nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məsələyə münasibət bildirib: "Qvineyadakı çevrilişdən sonra Mamadu Kanenin qayıdıb-qayıtmayacağı və necə qayıdacağı ilə bağlı məlumatımız yoxdur. Nəsə olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, müqavilə ilə Yunanıstan “Olimpiakos”una məxsus olan oyunçu icarə əsasında "ağ-qaralar"da çıxış edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA