DÇ-2022: Beyl Belarusa son dəqiqədə qələbə qolunu vurdu

img

05-09-2021 [20:37]


Futbol üzrə 2022-ci il dünya çempionatının Belarus və Uels yığmaları arasında keçirilmiş oyunu dramatik alınıb.

Məlumata görə, Rusiyanın Kazan şəhərindəki Mərkəzi Stadionda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2. Qalib komandadan hər 3 qolu kapitan Qaret Beyl vurub. O, 5-ci və 69-cu dəqiqələrdə penaltidən fərqlənib. 90+3-cü dəqiqədə isə Beyl qələbə topunun müəllifi olub.

Daha bir penaltini isə 29-cu dəqiqədə meydan sahiblərindən Vitali Lisakoviç yerinə yetirib. Bundan cəmi 1 dəqiqə sonra Pavel Sedko Belarusun oyunda ikinci və yeganə qolunu vurub.

Bu qələbə sayəsində xalını 6-ya çatdıran Uels E qrupunda 3 oyunla 3-cü pillədə qərarlaşıb. 3 xala malik Belarus isə 4 görüş keçirib və 4-cü yerdə gedir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA