Tokio-2020: Azərbaycanın 4 paralimpiyaçısından 3-ü uduzub

img

03-09-2021 [16:56]


Azərbaycanın 4 paralimpiyaçısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparıb.

Məlumata görə, onlardan biri para-taekvondoçu, biri para-atlet, ikisi isə üzgüçü olub.

Para-taekvondoçu Əbülfəz Abuzərli (75 kq) təsəlliverici görüşdə uduzaraq, mübarizəni dayandırıb.

Para-üzgüçülər Vəli İsrafilov və Roman Saley 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə qüvvəsini sınayıb. Finala vəsiqə qazanan Saley yekunda 57.81 saniyəlik nəticə göstərərək, özünün 3-cü, Azərbaycan komandasının isə 12-ci qızıl medalını qazanıb. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və arxası üstə üzmədə birinci yeri tutub. İsrafilov isə finala adlaya bilməyib.

Para-atlet Samir Nəbiyev isə nüvə itələmə növündə 7-ci olub. O, 13.12 metr nəticə göstərib.

Qeyd edək ki, aktivində 12 qızıl, 1 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA