İrlandiya - Azərbaycan oyununa indiyədək satılan biletlərin sayı açıqlanıb

img

03-09-2021 [15:05]


Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsində keçiriləcək İrlandiya - Azərbaycan oyununa indiyədək satılan biletlərin sayı açıqlanıb.

Mia.az xəbər verir ki, paytaxt Dublində "Aviva" stadionundakı matç üçün 25 000 bilet satışa çıxarılsa da, onlardan yalnız 1 500-ü alınıb.

Arena 51 700 azarkeş tutumuna malikdir.

Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA