MDB Oyunları: Azərbaycanın iki boksçusu yarımfinala yüksəlib

img

02-09-2021 [17:08]


Azərbaycanın iki boksçusu Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarında yarımfinala yüksəlib.

Məlumata görə, 48 kq çəki dərəcəsində mübarizə aparan Tağı Nəsibov 1/4 finalda Belarus təmsilçisi Vadim Veçerskiyə qalib gəlib. İbrahim Zeynalov (50 kq) eyni raundda Muinxon Mavlonovu (Tacikistan) üstələyib.

Ramal Yolçuyev (46 kq) 1/4 finalda Temirxan Daniarova (Qırğızıstan), Məhəmmədəli Qasımzadə (54 kq) Farrux Tulaqanova (Özbəkistan), Ziya Həsənov (66 kq) Vladislav Kuznetsova (Belarus) məğlub olub.

Yarımfinalda Tağı Nəsibov özbəkistanlı Javohir Kuysinovla, İbrahim Zeynalov isə rusiyalı Artyom Nazarovla qarşılaşacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA