Rusiyaya Azərbaycan vətəndaşlarına giriş qaydalarında dəyişikliklər edib - Xəbərdarlıq

img

20-08-2021 [13:39]


"Azərbaycan vətəndaşlarına Rusiyaya giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar olaraq, nəzərə almalıdırlar ki, sentyabrın 1-dən etibarən yalnız "Путешествую без COVID-19" mobil tətbiqini yükləyən sərnişinlər reysə buraxılacaq".

Mia.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” açıqlama yayıb.

Bildirilib ki, Azərbaycan vətəndaşlarına Rusiyaya giriş qaydalarında dəyişikliklər edilib: "Bununla əlaqədar olaraq, nəzərə almağınızı xahiş edirik ki, sentyabrın 1-dən etibarən yalnız "Путешествую без COVID-19" (COVD-19-suz səyahət edirəm) mobil tətbiqini yükləyən sərnişinlər reysə buraxılacaq. Yalnız əvvəlcədən təsdiq edilmiş klinikalarda və ya laboratoriyalarda koronavirus infeksiyasına dair PCR-testdən keçmək lazımdır. Test məlumatları qeydiyyat masasında, eləcə də Rusiyaya gəliş zamanı sərhəd məntəqələrində göstərəcəyiniz mobil tətbiqdə QR kodu şəklində saxlanılacaq.

Klinikaların tam siyahısı təsdiqləndikdən sonra yaxın vaxtlarda aviaşirkətin saytında, eləcə də sosial şəbəkələrimizdə yayımlanacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA