ÖLKƏDƏN QAÇAN ƏŞRƏF QƏNİ GERİ DÖNÜŞ MESAJI VERDİ, 4 MAŞIN DOLU PULDAN DANIŞDI: "Bir köynək, çalma və ayaqqabı ilə çıxdım"

img

18-08-2021 [22:02]


“Əfqanıstanı bütün malımı, gizli məlumatları geri də qoymaqla tərk etməyə məcbur oldum. Çünki qan tökülməsi istəmədim, bunun səbəbkarı olmadım”.

Mia.az xəbər verir ki, bu sözləri Əfqanıstanın istefa verən prezidenti Əşrəf Qani sosial şəbəkə vasitəsilə əhaliyə müraciətində deyib.

Onun sözlərinə görə, “Taliban” Kabilə daxil olmayacağı barədə söz versə də, əvvəlcədən prezident sarayını mühasirəyə almışdı".

O, həmçinin yaxın zamanda Əfqanıstana qayıdacağını dabəyan edib.

Əşrəf Qani ölkəni tərk edərkən özü ilə 4 maşın dolu pul götürməsi barədə iddialara da aydınlıq gətirib: “Məni özümlə külli miqdarda pul aparmaqda günahlandırırlar. Ancaq bunların hamısı yalandır, ölkəni bir köynəkdə, çalmada və ayaqqabıda tərk etdim, çantada cəmi bir neçə kitab götürə bildim. Bütün malımı, mülkümü, hətta gizli məlumatları belə geri də qoymalı oldum”.

Xatırladaq ki, Əşrəf Qəninin Birləşmiş Ərəb Əmirliyində olması rəsmən təsdiqlənib..

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA