"Azərbaycandan çıxış zamanı iki tələb mövcuddur" - "Əgər vətəndaş ölkədən çıxırsa və peyvənd olunubsa..."

img

20-08-2021 [12:28]


"Azərbaycandan çıxış zamanı, xarici ölkəyə getdikdə iki tələb mövcuddur. Bunun birincisi Azərbaycanın öz tələbi, ikincisi isə getdiyi ölkənin tələbidir".

Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib: "Əgər Azərbaycan vətəndaşı ölkədən çıxırsa və peyvənd olunubsa, onun PCR testi verməyinə ehtiyac yoxdur. Əgər peyvəndi yoxdursa, onun PCR testinə ehtiyacı var. Amma bununla yanaşı, getdiyi ölkə PCR testi tələb edirsə, o zaman istər vaksinasiya olunan, istərsə də olmayan hər kəs mütləq qaydada PCR testi əldə etməlidir. Çünki getdiyi ölkə onu qəbul etməyəcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA