ƏRDOĞAN "TALİBAN"A ƏMƏKDAŞLIQ İSMARICI GÖNDƏRDİ: "Əfqanıstana çox ciddi sərmayələr qoymuşuq”

img

18-08-2021 [23:00]


“Hakimiyyətdə kim olursa olsun, yaxşı və pis vaxtlarda Əfqanıstanın yanında olmaq öhdəliyimizin və qardaşlığımızın tələbidir. Biz Türkiyə olaraq, Əfqanıstana çox ciddi sərmayələr qoymuşuq”.

Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, Türkiyə “Taliban”la əməkdaşlığa hazırdır: “Daha əvvəl də “Taliban” liderlərini qəbul edə biləcəyimizi bildirmişdik. Bu mövqeyi bu gün də qoruyuruq. Həm də Taliban liderlərinin mülayim açıqlamalarını alqışlayırıq. Əfqan xalqının sülh içində yaşamasını, bu ölkədəki türk soydaşlarımızın rifahı və ölkəmizin maraqlarının qorunması üçün hər cür əməkdaşlığa hazırıq”.

Onun sözlərinə görə, Əfqanıstandakı Türkiyə sülhməramlıları heç zaman hərbi əməliyyatlarda istifadə edilməyib: “Türkiyənin Əfqanıstanda hərbi varlığı yeni rəhbərliyin beynəlxalq arenada fəaliyyətini gücləndirəcək və işini asanlaşdıracaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA