Azərbaycanlı güləşçi: "Zelenski ilə şəxsən tanış olmaq mənim üçün böyük şərəf idi"

img

18-08-2021 [14:03]


"Hörmətli prezident Vladimir Aleksandroviç Zelenskinin qəbulunda olduq. Sizinlə şəxsən tanış olmaq mənim üçün böyük şərəf idi".

Məlumata görə, bunu ötən gün Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov feysbuk səhifəsində yazıb.

23 yaşlı idmançı səmimi qəbula və zəhmətinə layiqli qiymət verildiyinə görə Zelenskiyə təşəkkürünü bildirib: "İnanıram ki, sizin sayənizdə ölkəmizin parlaq gələcəyi və firavanlığı təmin ediləcək".

Qeyd edək ki, Ukraynanı təmsil edən Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA