Dünya çempionatı: Azərbaycanın iki güləşçisi gümüş medal qazanıb

img

17-08-2021 [19:04]


Azərbaycanın daha bir sərbəst güləşçisi Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında qızıl medal görüşünə çıxıb.

Məlumata görə, 70 kq-da yarışan Cəbrayıl Hacıyev finalda iranlı İrfan Elahi ilə üz-üzə gəlib.

Rəqibinə 5:6 hesabı ilə uduzan Hacıyev gümüş medal qazanıb.

Azərbaycanın digər sərbəst güləşçisi Zirəddin Bayramov Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında final görüşünə çıxıb.

65 kq çəki dərəcəsində çıxış edən idmançı rusiyalı Şamil Məmmədov ilə qarşılaşıb.

İlk xalı Bayramov qazansa da, yekunda 1:4 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, 57 kq-dakı Nurəddin Novruzov 3-cü yer uğrunda qarşılaşmada qazaxıstanlı Assiljan Yessengeldiyə 6:12 hesabı ilə məğlub olaraq, medalsız qalıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR