Eldar Həsənovun məhkəməsi: hakim bəlli oldu
17-08-2021 [19:43]
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi icraata verilib.
Məlumata görə, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq/APA.
Qeyd edək ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Buna görə, Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Məlumata görə, avqustun 16-da cinayət işi üzrə ittiham aktı təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.
Prokurorluğun məlumatında o da qeyd olunub ki, son zamanlar bəzi sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində Eldar Həsənovun səhhəti ilə bağlı həqiqətəuyğun olmayan məlumatlar yayılmaqdadır. Bununla bağlı bildirilib ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında müayinə və müalicə olunub, barəsində cinayət təqibinin həyata keçirilməsinə mane olan hər hansı xəstəliyi aşkar olunmayıb.
ABŞ-da dini məktəbə hücum olub - İki şagird ölüb, 20 yaralı var
Çempionlar Liqası: "Qarabağ" hesabı artırdı (Yenilənir)
Tramp: "Corc Soros və oğlu məsuliyyətə cəlb edilməlidir"
BAKININ DAHA 3 RAYONUNDA SÖKÜNTÜ BAŞLAYIR - Bu ərazilərdə (SİYAHI)
Bakı və rayonlarda 14 məktəbə direktor təyinatı olub
Nazirlik "xaricdə onlayn təhsil" vədləri ilə bağlı açıqlama yaydı: "Diplomlar tanınmayacaq"
Fransanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb - XİN-də görüş oldu
Cənubi Koreya məktəblərində mobil telefondan istifadə qadağan olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xırdalanda DOST Mərkəzində yanğın olub (Yenilənb)
Türkiyədə maaşlar artdı: professor 4200 manat, hakim, polis, müəllim, mətbuat katibi, bağban, qarson isə...- SİYAHI/MƏBLƏĞLƏR
Qəzzada itkilərlə bağlı son məlumat açıqlandı - Daha 76 nəfər ölüb
Sabah Ağdaş, Zaqatala və Şəkinin bəzi kəndlərində qaz olmayacaq
Şamaxıda yanğın törədən şəxs saxlanılıb
Azərbaycan və Uqanda XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib - Açıqlama
Aİ Trampın avtomobillər və mallar üzrə tariflərin azaldılması tələbi ilə razılaşacaq
Qazaxda yanğın törədən şəxs saxlanılıb
Film çəkmək üçün Qubaya gedənlər qəzaya düşüb - Ölən var (Yenilənib)
Rəsmi Moskva Ukraynaya sülhməramlı göndərilməsini istəmir
MİQ üzrə vakansiya: 1300-dən çox namizəd uğur qazanıb
İLHAM ƏLİYEVİN YENİ MESAJLARI... - Bir müsahibənin izi ilə (TƏHLİL)
"Çoxdan bu bazarı sökmək, onun yerində..." - Vahid Əhmədov "Sədərək"dəki yanğına görə FHN-ni qınadı
Dörd universitetə niyə rektor təyin edilmir? - SİYAHI
Şəhid jurnalistlərin medalları ailə üzvlərinə təqdim edilib
Rövnəq Abdullayevin kürəkəninin bankı daha bir qərar verdi - Keşbek faziləri azaldılıb, bəzilərində isə...
Adam Buksa "Udineze"yə keçib
Samuxda açıq ərazidə yanğın başlayıb
Bakıda göldə uşaq boğulub
Avropa İttifaqı Azərbaycana yeni səfir göndərir
Sabah hava necə olacaq? - Proqnoz
Şahin Mustafayev: "Körfəz ölkələrini Qara Dənizə bağlayacaq yeni marşrut yaradılacaq"
Ərdoğanın "qılınc" mesajı: YPG Suriya ordusu ilə "yeraltı savaş"a hazırlaşır - FOTOLAR
Eldəniz Abdullayev saxlanılıb - Narkotiklə
30 il əvvəl törədilmiş qətl - Baş Prokurorluq əhaliyə müraciət edib
"Real Betis" Andre Onananı heyətinə qatmaq istəyir
Bakıdan Ağdama qatarla səfər başlayıb - Biletlər bu gündən satışa çıxarılıb + QİYMƏT
Əliyev İran prezidenti haqqında: "Bəli, o, azərbaycanlıdır, mənim kimi eyni qanı daşıyır"
PREZİDENT YENİ MESAJLAR VERDİ - İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsinin TAM MƏTNİ (FOTOLAR)
"Bütün xalq görsün ki..." - IX “Muğam” Televiziya Müsabiqəsində qalmaqal, finalçı mükafatı qəbul etmədi
Ceymi Vardi "Kremoneze" klubu ilə müqavilə imzalaya bilər