"Ölkəni canım bahasına qoruyacam", - deyən marşal və yaxın ətrafı ölkədən qaçdı: "Rəşid Dostum Özbəkistana sığındı..."

img

14-08-2021 [23:59]


Əfganıstanda sürətlə irəliləyərək xeyli şəhər və rayonları ələ keçirən "Taliban" qruplaşması artıq paytaxt Kabilin 11 km-nə yetişib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Taliban qüvvələrinin "Mezar-ı Şerif" və Meymene şəhərlərini ələ keçirməsindən sonra ölkədən qaçanların sayı daha da çoxalıb.

Qaçanlar arasında ötən günlərdə "ölkəni canım bahasına qoruyacam" deyən Əfqanıstanın özbək əsilli marşalı, keçmiş vitse-prezident Rəşid Dostum və yaxın ətrafı da var.

Əfqanəstandakı mənbələrin verdiyi məlumata görə, marşal və çevrəsi, o cümlədən keçmiş Belh valisi Ata Mohammed Nur Özbəkistana qaçıb.

Bəzi məlumatlada onun Özbəkistan sərhədinə sığındığı deyilsə də, yerli mənbələr "Dostum və Nur hava limanında gözlətdikləri təyyarə ilə Özbəkistana qaçıblar" xəbərinin daha dəqiq oldğunu təsdiqləyiblər.

Xatırladaq ki, son 9 gündə Taliban 23 iri şəhəri ələ keçirib. Onların arasında Rəşid Dostumun doğulduğu şəhər də var. Xəbərdə Talibanın onun evinə od vurduğu, iqamətgahını isə mərkəz seçdikləri bildirilir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA