Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olunub
13-08-2021 [16:24]
Məlum olduğu kimi, 12 avqust 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə mayın 20-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları, həmin imtahanda iştirak edib qeyri-məqbul qiymət alan və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari ilin abituriyentləri, daha əvvəl keçirilən Azərbaycan dili imtahanlarında iştirak edib qeyri-məqbul qiymət alan və ali təhsil müəssisələrinə və ya tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari və əvvəlki illərin abituriyentləri üçün imtahan keçirilib.
Mia.az xəbər verir ki, imtahanın nəticələri bu gün saat 15:55-dən etibarən DİM-in internet saytında yerləşdirilib. Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), abituriyentlər isə şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtell) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 1138 nəfərdən 226 nəfəri imtahana gəlməyib.
İmtahanda abituriyentlərə (şagirdlərə) 30 test tapşırığı təqdim edilir.
Abituriyentlərin (6 rəqəmli iş nömrəsi olanlar) imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Maksimal bal 30 baldır.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 15 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar.
Şagirdlərin (8 rəqəmli iş nömrəsi olanlar) isə imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Şagirdlərin topladıqları bal attestatlarına yazılır.
İmtahanların nəticələrinə əsasən 512 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 14-16 avqust tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Bir abituriyentin (şagirdin) ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Apellyasiya prosesi 16 avqustdan etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) təşkil ediləcək.
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı
Agentlik büdcənin "ağzı"nı taybatay açıb - Türkiyədən jurnalist və blogerlərin ölkəmizə səfəri üçün 754 min manat xərclənəcək
Deputat: “Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”
Axtarışda olan iki azərbaycanlı Gürcüstandan ekstradisiya olunub
Baş redaktordan Su idarəsinin rəisinə sərt mesajlar: "Bu “hüquqşünas” ayıbına kor olmaq əvəzinə hələ utanmadan deyir ki.." (VİDEO)
Tramp–Əliyev xətti və İranın gələcəyi: Cənubi Azərbaycan üçün geopolitik pəncərə - TƏHLİL
Milli Məclisdə daha br sahə üzrə dinləmə keçiriləcək
Yaponiya növbədənkənar seçkiyə gedir - Parlament buraxıldı