Anadolu Universitetinin Bakı filialının diplomları niyə tanınmır?

img

12-08-2021 [16:41]


Təhsil Nazirliyi Anadolu Universitetinin Bakı filialının diplomlarının tanınmamasının səbəblərini açıqlayıb.

Nazirlikdən bildirilib ki, "Təhsil haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanununa əsasən dövlət ali təhsil müəssisələri istisna olmaqla, digər ali təhsil müəssisələri (xarici hüquqi şəxsin filialı və nümayəndəliyi daxil olmaqla) fəaliyyət göstərə bilmək üçün lisenziya almalıdır.

Qeyd olunub ki, Anadolu Universitetinin Bakı filialı İqtisadiyyat Nazirliyindən lisenziya almayıb: "Eyni zamanda bildiririk ki, Türkiyənin Anadolu Universiteti həmin ölkənin təhsil sahəsində səlahiyyətli qurumu tərəfindən akkreditə olunmuş ali təhsil müəssisələrindən hesab olunur".

Xatırladaq ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 389 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb. Bu müraciətlər aarsında Anadolu Universitetinin də adı var/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA