QARABAĞLA BAĞLI DAHA BİR QURUM YARADILDI - Fərman

img

12-08-2021 [16:28]


Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmanla Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılıb.

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə” təsdiq ediləcək (əlavə olunur).

Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xocavənd və Zəngilan rayonlarının inzibati ərazilərində Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda nəzərdə tutulmuş yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi müvəqqəti olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilir.

Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin fəaliyyətinin təşkili ilə bağlı müvafiq yerin ayrılması, zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək və Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması ilə bağlı zəruri tədbirlərin görülməsini və həmin İdarə fəaliyyətə başlayanadək tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini, habelə icazələrin verilməsindən irəli gələn digər səlahiyyətlərin həyata keçirilməsini təmin etməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA