"İndi danışmağım doğru olmaz" - Nazirlik sözçüsündən məktəblərin açılması ilə bağlı açıqlama

img

12-08-2021 [14:54]


Ölkədə yeni tədris ilinin başlanmasına az müddət qalıb. 

Buna görə dərslərin sentyabrda ənənəvi qaydada başlayıb-başlamayacağı haqqında fərqli fikirlər irəli sürülür.

Təhsil eksperti Kamran Əsədov Feysbuk hesabında qeyd edib ki, "artıq məktəbləri bağlı saxlamaq kimi bir seçimimiz yoxdur".

İndi valideynləri, şagirdləri, həmçinin tələbələri maraqlandıran bir sual var : ənənəvi dərslər bərpa olunacaqmı?

Mia.az xəbər veirr ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Sherg.az"a açıqlamasında ənənəvi dərslərin başlanılmasına dair konkret fikir söyləyə bilməcəyini deyib: "Vaxtı gələndə müvafiq qurumlar bununla bağlı açıqlama verəcək. İndi danışmağım doğru olmaz".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA