Aqil Abbas: “Ağdamıma niyə turist kimi getməliyəm ki?”
12-08-2021 [14:45]
Dövlət Turizm Agentliyi (DTA) Qarabağa turist səfərlərinin təşkil edilməsinə başlayır. Bu barədə agentliyin sədri Fuad Nağıyev məlumat verib. Onun sözlərinə görə, ilk səfər bu ayın sonunda Ağdama təşkil olunacaq: “Bu səfər ”Yolumuz Ağdamadır” adı ilə baş tutacaq. Biz Ağdamda doğulmuş və təxminən 30 ildir ki, ora gedə bilməyən sakinlərin ziyarətini təşkil edəcəyik”.
DTA-nın Regional inkişaf sektorunun müdiri Elgün Cavadov isə bildirib ki, bu ilin əvvəlindən Qarabağ Turizm Marşrutları konsepsiyası hazırlanıb: “Konsepsiyaya Ağdam və Füzuli-Xocavənd marşrutları daxildir. Ağdama səfər barədə ictimaiyyətə məlumat veriləcək. Çünki iştirakçılıq məsələsi var. Həmçinin biletlərin onlayn və oflayn alınması məsələsi var. Qiymətlərə gəlincə isə hazırda bu barədə müzakirələr aparılır. Belə ki, hazırda İdarələrarası Mərkəz səviyyəsində müzakirələr gedir və biz təkliflərimizi vermişik. Sonuncu müzakirədə qiymətlərlə bağlı qərar veriləcək. Füzuli-Xocavənd marşrutu üzrə isə biz özümüz oralarda olmuşuq və maraq yaranarsa, gələn ildən bu istiqamətdə də turlar təşkil edə bilərik”.
Bəs niyə turist səfərləri ilk olaraq Ağdama təşkil edilir, Şuşaya yox? Belə turist səfərlərinin təşkili necə qiymətləndirlir? Bu sualları əslən Ağdamdan olan tanınmışlara ünvanladıq.
Deputat Aqil Abbas belə səfərlərin təşkilinin əleyhinədir: “Bu səfərlərdə iştirak etmək fikrim yoxdur. İstədiyim vaxt oralara gedə bilirəm. Bir də Ağdamıma niyə turist kimi getməliyəm? İnsanlar var ki, gedə bilmirlər. Onların səfərlərini təşkil etsinlər, amma onlara turist deməsinlər. Yoxsa ağdamlı Ağdama turist kimi gedir?
Şəhərin mərkəzində mina təmizlənib. Təhlükəli durum yoxdur. Belə olan şəraitdə ağdamlıları turist kimi oralara aparmaq doğru deyil. Bir təşəbbüs göstərilib, bunun nə lehinə, nə də əleyhinəyəm. Amma Ağdam marşrutu aça bilərlər, könüllü şəkildə kim istəsə gedə bilər. Həmişə ağdamlılar Ağdamdan pul qazanıblar, eybi yox, qoy bu dəfə də başqaları Ağdamdan pul qazansınlar.
Qarabağa turizm marşrutları hazırlayırlarsa, Şuşadan başlasınlar, Şuşa yerindədir. Ağdama gedib nəyi görəcəklər? Şəhər darmadağındır. Bir dənə məscid qalıb. Kəlbəcərə marşrut açsınlar. Bu gün o xarabalıqları göstərmək o qədər də uyğun deyil. Bunun turizmə nə dəxli var? İnsanları mənzərəli yerlərə deyil, dağıdılmış ərazilərə, özü də turist adı ilə aparmağın nə anlamı var? İndiyə qədər Ağdama təxminən 2-3 min adam gedib. Sakinlərin də hissə-hissə turist kimi deyil, vətənlərinin həsrəti ilə yaşayan insan kimi aparılması ən doğrusu olardı”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı belə səfərləri vacib sayır: “İşğaldan azad olunmuş ərazilərə insanların səfərlərinin təşkili vacibdir. Bununla bağlı biz bir qrup ağdamlı ilə birlikdə Prezidentə müraciət etmişdik, verdiyimiz təkliflərin içərisində bu məsələni də xahiş etmişdik. İndi bu proses başlayır, çox yaxşı. Amma bunu tur və ya turist səfəri adlandırmaq olmaz, ziyarət adlandırılmalıdır. Tur və ya turist səfəri çox gülməli və təhqiredici görünür. 30 il torpağına həsrət qalan insan oraya turist kimi qayıda bilməz, bu, çox böyük biabırçılıqdır. Bu ziyarətin təşkilini də turizm şirkətlərinə etibar etmək olmaz. Hətta Kəbə ziyarətlərində də bu turizm şirkətlərinin hansı oyunlardan çıxdığını bilirik. Onların əksəriyyəti dələduzluqla məşğuldur. Tam əmin ola bilərsiniz ki, onlarla rəsmi, qeyri-rəsmi turizm şirkəti bu işə qoşulacaq, baha qiymətə biletlər satacaqlar, adamlar gedib qalacaqlar Ağdamın girəcəyində, tıxaclar, növbələr yaranacaq. Adamlar orada saatlarla, bəlkə günlərlə gözləməli olacaqlar. Möhtəkirlik baş alıb gedəcək, hamı narazı qalacaq. Biz təklif edirik ki, ziyarətə getmək istəyənlər Daxili İşlər Nazirliyindəki portala müraciət etsinlər, portal əməkdaşları adamları on-on qruplaşdırsınlar, bu qruplara məlumat göndərsinlər ki, filan tarix, filan saatda Quzanlıda və ya başqa yerdə olun, sizi oradan ziyarətə götürəcəklər. Oradandan DİN və ANAMA əməkdaşlarının, həmçinin könüllülərin iştirakı ilə hamını razı salan ziyarət təşkil edilə bilər”.
Musavat.com
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov